/  
Ön yapraq » Oğuz xəbər » “20 Yanvar” faciəsi Kırkkale şəhərində anıldı

“20 Yanvar” faciəsi Kırkkale şəhərində anıldı

Oğuz TV: Dünən Türkiyənin Kırkkale şəhərində “20 Yanvar” faciəsi yürüşlə anıldı.

Tanrıdağ Türkçülər Dərnəyinin təşkil etdiyi bu yürüş, Kırıkkale şəhərinin mərkəz meydanı olan “Cümhuriyyət” meydanında gerçəkləşdirildi.

Azərbaydan olan tələbələrində iştirak etdiyi yürüşün iştirakçıları, əllərində Azərbaycan və Türkiyə bayraqları, Çırpınırdın Qara Dəniz mahnısını oxuya-oxuya mərkəzi meydana yürüdülər.  Sloqanlar atan gənclər “20 yanvar” faciəsini törədən sovetləri lənətlədilər.

Təxminən 1 saat davam edən anım yürüşü media bildirisinin oxunması ilə sona çatdı.

 

 

Comments,Baxışınız
oguz gif telegram