/  
Ön yapraq » Oğuz xəbər » “20 yanvar”dan 26 il keçir

“20 yanvar”dan 26 il keçir

Oğuz TV: Bugün Azərbaycan xalqı 1990-cı il 20 yanvar tarixində yaşanan faciənin 26-cı il dönümünü anır.

1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet tankları Bakıya yeridilərək dinc, əliyalın əhaliyə qanlı divan tutdu. Bu faciəni törədənlərin məqsədi Azərbaycanın bağımsızlıq istəyini boğmaq idi. Lakin hər zaman öz mübarizliyi ilə seçilən millətimiz bu dəfə də mətinliyini, qorxmazlığını və öz qanları bahasına da olsa Azadlığı əldə edəcəklərini bir daha düşmənə göstərmiş oldu. O gecə, rus tankları silahsiz insanları əzib keçdi. Cavan, uşaq demədən divan tutdular millətə. Və o gecə Bakı bir daha rus işğalçı azğınların qətliamına məruz qaldı. Faciə zamanı  Azərbaycan 137 Şəhid verdi, 700 dən çox insan yaralandı və 800-dən artıq soydaşımız isə tutuqlandı.

O gündən sonra 20 Yanvar millətimizin tarixinə qanla yazıldı. O gündən Azərbaycanda ən qutsal yer olan Şəhidlər xiyabanı yarandı və bu Şəhidliyi hər il milyonlarla insan ziyarət edir. Üstündən 26 il keçməsinə baxmayaraq, hər il  20 yanvar günü, Azərbaycan Türkləri uşaqdan, yaşlıya hamı o Şəhidləri uyuduqları Şəhidlər Xiyabanında yad edir.

Tanrıdan Şəhidlərimizə rəhmət, Yurdumuza Bütövlük və İstiqlaliyyət diləyirik.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture