/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » 21 Azər Bayramınız qutlu olsun

21 Azər Bayramınız qutlu olsun

OğuzTV:Bugün böyük türk bayramı Azərbaycan türklərinin dövlətçilik bayramıdır.21 Azər bayramı münasibətinə Oğuz Medya qrupu 50 milyonluq Azərbaycan türklərini təbrikd edir . Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı Dünya türkləri durduqca sevgi və sayqıla anılacaq— 1945-ci ilin 12 dekabrinda Azərbaycanın güneyində Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi qiymətləndirilir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.Günəç Tarixinə görə 21 Azər 12 dekaber ilə eyni gündür və bugün iran rejiiminin silahli qüvvəlləri tamamilə azərbaycanın güneyində təslim olub və Azərbaycan fars işğalından azad olmuşdur.


Azərbaycan milli höküməti  Azərbaycan türklərinin Güney Azərbaycanda 80% aşqın seçimlə yaranmış fəaliyyət göstərmiş MİLLİ hökümətdir. Paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, Azərbaycan Milli Hökuməti tarixdə ilk dəfə Güney Azərbaycanda müstəqil müasir milli və Parleman cümhuriyyət rejimində milli dövlət yaranmışdır.Bundan  öncə Xiyabanı buna cəhd etsədə Azərbaycanın 2 əyaləti Ərdəbil və Təbriz  xaricində dövlətinin hakim olmasına zaman verilməmişdi.

Həmin dönəmdə İran mərkəzi fars höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradılmlşdı.
Azərbaycanın işğalının ardından 50 mindən çox Azərbaycan türkü ya qətl edilmiş, 70 min sürgünə göndərilmiş 30 min Quzey Azərbaycana sığınmışdır.

Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında KGP və iranın birgə pilanı üzərə saxta maşın qəzasında şəhid olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi – rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.

Hökumət üzvüləri:
1) Baş nazir-Seyid Cəfər Pişəvəri;
2) Daxili İşlər naziri-Salamulla Cavid;
3) Xalq qoşunları naziri-Cəfər Kavian;
4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;
5) Maarif naziri-Məhəmməd Biriya;
6) Səhiyyə naziri- doktor Urəngi;
7) Maliyyə naziri- Qulamrza İlhami;
8) Ədliyyə naziri-Yusif Əzima;
9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;
10) Ticarət və İqtisad naziri-Rza Rəsuli;
11) Ali Məhkəmənin sədri-Zeynalabidin Qiyami;
12) Baş prokuror(savci)-Firudin İbrahimi.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture