/  
Ön yapraq » Oğuz xəbər » Trump: “Qanlı molla rejimi nükleər silah düzəltməyəcək”

Trump: “Qanlı molla rejimi nükleər silah düzəltməyəcək”

Oğuz TV: Amerika Prezidenti Donald Trump, Almaniya Baş Naziri Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransında İran adlnan ölkəylə olan nükleər müqavilənin taleyinin tezliklə bəlli olacağını qeyd edərək “Bu qanlı rejimin nükleər silahlara yaxınlaşmadığına əmin olmalıyıq” dedi.

Ağ Evdə birgə mətbuat konfransı keçirən Trump ilə Merkel, başlıca olaraq İran adlanan ölkə ilə olan nükleər müqavilə və Quzey Korə məsələlərində qiymətləndirmələr aparıb.

İran adlanan ölkə ilə olna nükleər andlaşma barədə danışıqların davam etdiyini deyən Trump, müqavilənin müvəffəqiyyətsiz olması vəziyyətində Amerikanın İran adlanan ölkəyə qarşı hərbi güc istifadə edib etməyəcəyinə dair dəqiq bir açıqlama verməkdən çəkindi. Trump, “Bu qanlı rejimin nükleər silahlara yaxınlaşmadığına əmin olmalıyıq. İran adlnan ölkə nükleər silahı düzəltməyəcək”. İfadələrini qaullandı.

Dünən Amerika Xarici İşlər baxanı Mike Pompeo, Prezident Donald Trumpın İran adlnan ölkə ilə olan nükleər müqaviləsindən çəkilib çəkilməyəcəyi barədə hələ bir qərar vermədiyini bildirərək, “Qüsurlarla bağlı önəmli bir düzəliş edilməməsi halında (Trumpın) bu müqavilədə qalması mümkün görmürəm” deyə bildirmişdi.

Comments,Baxışınız
oguz gif telegram