/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 3 Azərbaycanlı qızl baş təriqətlı həbsdən sonra azad oldular

3 Azərbaycanlı qızl baş təriqətlı həbsdən sonra azad oldular

OğuzTV:  3 Qızlbaş(Ələvi ya əhli-haqq )soydaşımız nəhayət 13 il həbsdən sonra azadlığa buraxılıb.Onlar 2004-cü il noyabrın 3-də Qoşaçayın Üçtəpə kəndində qızl baş türklərindən olan əhali və  İranın sepah və İttilaat (Ettelaat)təhlükəsizlik silahlı qüvvələri  arasında yaşanan silahlı qarşıdurmada tutulanmışdılar 

2017ci ilin Fevralın 2-də azad olan Səhəndəli Məhəmmədi,Bəxşəli Məhəmmədi və İbadulla Qasimzadə  Qoşaçaya dönüblər.

 Xatırladaq Rejimin Ələvilərə etdiyi təhqir və təziqlərin sonucunda 2004 ci ildə yaşanan məruf silahlı Çatışmada 3 Ələvi soydaşımız şəhid olub və  5 yaralı Qızlbaş(Ələvi ya əhli-haqq )soydaşımızi tutuqlanmışdılar. İki soydaşımız Yunis Aqayan və Mehdi Qasimzadə fars rejiminin məhkəmisində  edama məhküm olur və digər 3 Ələvi soydaşımız 13 il sürgündə həbsə məhküm olmuşdular.insan haqları örgütlərinin uyarmaları və Azərbaycan türklərinin etirazlarına baxmıyaraq, Fars işqalçıları 7 isfənd 1390 (28 fevral2009) ci ildə  Mehdi Qasimzadəni Urmiyə zindanının həyətində dara çəkdilər və  bugünə kimin Medinin cəsədini onun ailəsinə verməyiblər .Digər edama məhküm soydaşımız Yunis Ağayanın edam hökmü  etirazlar nəticəsində  ömürlük həbsə  Soyuqbulaq(Mahabad )zindanında deyişilib.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture