/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 3 gündür ki, İbrahim Nuri aclıq eyləmi keçirir

3 gündür ki, İbrahim Nuri aclıq eyləmi keçirir

Oğuz TV: Xəbər verdiyimiz kimi Əhərli milli fəal İbrahim Nuri aclıq eyləmi keçirir. Milli fəal artıq 3 gündür ki bu eyləmə davam edir. 

İbrahim Nurinin yaxınlarına onunla telefon əlaqəsi yatarmağa belə izn vermirlər. 

Xatırladaq ki, hər il keçirilən “Qüds günü”ndə Doğu Türküstan Türklərinə dəstək verdiyi üçün eyləm keçirmək istəyən milli fəal Əhər şəhərində ettelaat tərəfindən tutuqlanmış və 1 gün sonra məhkəmədə mühakimə edilmişdi. Qazi Fazilinin sədirliyi ilə keçən məhkəmə milli fəala 100 milyonluq vəsiqə təyin etmişdi. 

Heç bir qnahı olmadığını bildirən İbrahim Nuri isə, bu vəsiqəni verməkdən imtina etmişdi. Belə olan halda, milli fəal məhkəmə zalından Əhər zindanına göndərildi.

Özünə qarşı olunnan bu haqsızlıqlara etiraz olaraq İbrahim Nuri 3 gün öncə aclıq eyləminə başladı. Milli fəal azad ediləcəyi günə qədər eyləmə davam edəcəyini bildirib. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture