/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 30 milyon vəsiqə verməkdən imtina edən milli fəal zindana göndərildi

30 milyon vəsiqə verməkdən imtina edən milli fəal zindana göndərildi

Oğuz TV: Bu gün milli fəal İbrahim Nuri məhkənəyə çıxarıldı. Qazi Bazborz Fazilinin rəhbərili ilə baş tutan məhkəmə milli fəala 30 milyon tümənlik vəsiqə təyin edib. 

Özünün tam günahsız olduğunu bildirən milli fəal,bu vəsiqəni təqdim etməkdən imtina edib. Belə olduğu halda, qazi Fazili, İbrahim Nurinin zindana köçürülməsi qərarını təsdiqləyib. 

Əhər şəhərindən olan milli fəal bir neçə gün bundan əvvəl əmniyyət qüvvələri tərəfindən tutuqlanaraq, Əhər ettelaatına aparılmışdı. Milli fəala qarşı pantürkist çalışmalar, eşikdəki milli fəallarla əlaqə saxlamaq və qanunsuz eyləmlərə milləti təşviq etmək kimi ittihamlar irəli sürülmüşdü.

Güney Azərbaycanda gündən-günə güclənən Milli Hərəkatın qarşısını almaqda aciz qalan rejim milli fəallarımızı müxtəlif ittiham və bəhanələrlə cəzalandırmaqda davam edir. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture