/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 31 dekabr (11dey)dayanışma və həmrəylik bayramınız qutlu olsun

31 dekabr (11dey)dayanışma və həmrəylik bayramınız qutlu olsun

OğuzTV:Bugün 31 dekabr günəş tarixi ilə 11dey Azərbaycan türklərinin tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının dayanışma(Həmrəyliyi ) Günüdür.

Bu günün əsası 1989-cu ildə (1368)Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran işğalında olan güney Azərbaycan sərhədinin (quzey güney sərhəddinin) dağıdılması ilə qoyulub.

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan türk  millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı türk  millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 

Sonra  bu təşəbbüs mərkəzi hakimiyyət Elçibəy dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan türk millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının dayanışma və Həmrəylik gününün qeyd edilməsi bütün dünya Azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. 

Oğuzmedia bu qutsal günü otaylı bu taylı Azərbaycanlılara təbrik edir bütövlük uörundamubari,ə aparan milli fəllara uöur diləyir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture