/  
Ön yapraq » Oğuz xəbər » 4 Türkiyə əsgəri Əl Bbada şəhid olub; 58 terrorist öldürülüb

4 Türkiyə əsgəri Əl Bbada şəhid olub; 58 terrorist öldürülüb

Oğuz TV: Türkiyə ordusunnun Əl Babın kontrolunu tamamilə almaq amacı ilə dünən gecə icrasına başlanan əməliyyatlarda strateji əhəmiyyəti olan yüksəkliklər ələ keçirildi, 58 DAEŞli (İşidli)terrorçu öldürülüb. Verilən bilgiyə görə, bu gün səhər baş verən toqquşmalarda 2 əsgər şəhid olub,15 əsgər yaralanıb. Axşam saatlarında isə 2 əsgərin daha şəhid olduğu və şəhid sayının 4ə yüksəldiyi bildirildi.


 
Oğuz TV nin aldığı bilgiyə görə, Türk Silahlı Qüvvələri, şiddətli qarşıdurmaların sürdüyü Əl Babla bağlı bu gün ikinci bir açıqlama verib. Açıqlama da: Fərat Qalxanı Hərəkatı çərçivəsində 8 Fevral 2017 səhər saatlarında DAEŞ terror təşkilatı ilə davam edən qarşıdurmalar əsnasında iki qəhrəman silah dostumuz şəhid olmuş, 15 qəhrəman silah yoldaşımız isə xəfif şəkildə yaralanıb. Yaralılar dərhal xəstəxanaya sövq edilərək müalicələrinə başlanmışdır. Bizləri dərin bir kədər və hüznə boğan bu hücumda həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, şəhidlərimizin əziz ailəsinə, yaxınlarına, Türk Silahlı Qüvvələri mənsubları ilə Uca Türk Millətinə başsağlığı və səbr; Yaralanan qəhrəman silahdaşlarımıza da acil şəfalar diləyirik.
 
 Axşam saatlarında isə 2 əsgər daha şəhid oldu və şəhid sayının 4e yüksəldiyi bildirildi.
 
 Türk Silahlı Qüvvələri (TSQ) bu səhər də Əl Babtaki münaqişələrlə bağlı məlumat vermişdi. Fərat Qalxanı Hərəkatının 169-ci günündə (dünən) topçu atışları, icra edilən hava hərəkatı və baş verən toqquşmalarda ümumilikdə 58 DAEŞ(İŞİD) terror təşkilatı üzvünün zərərsizləşdirildiyini açıqlayıb. TSQ dan qunu ilə bağlı verilən açıqlamada, aparılan topçu atışları, icra edilən hava hərəkatı və baş verən toqquşmalarda ümumilikdə 58 DAEŞ terror təşkilatı üyəsinin təsirsiz hala gətirildiyi bildirildi. Fərat Qalxanı Hərəkatı nəticəsində bu günə qədər min 910 kvadrat kilometr sahə ilə 229 məskun yerin nəzarət altına alındığı bildirildi. Topçu və digər atəş dəstək vasitələri ilə 189 DAEŞ terror təşkilatının hədəfinə atəş edilərək, məskunlaşma yerləri, müdafiə mövqeləri, başçılığı nəzarət təsisləri, silah və vasitələrinin təzyiq altına alındığı ifadə edildi.
 
 DÜNƏN GECƏ STRATEJİK YÜKSƏKLİKLƏR ALINIB
 
 Bundan başqa, Türk Hava Qüvvələrinə aid uçaqlar tərəfindən 65 DAEŞ terror təşkilatının hədəfinə qarşı keçirilən hava hərəkatlar nəticəsində, sığınma məqsədli istifadə edilən 58 bina, bir qərargah binası, 3 tunel girişi, 2 nəzarət məntəqəsi və bir silahlı avadanlığın məhv edildiyi qeyd edilib. Digər tərəfdən, koalisiya qüvvələri tərəfindən Bab rayonunda icra edilən 7 hava hərəkatı nəticəsində məskunlaşma məqsədli istifadə edilən 10 bina, bir tunel girişi, bir müdafiə mevzii və bir zirehli maşının məhv edildiyi bildirilib. Edilən açıqlamada, daha əvvəl mühasirə edilmiş olan Əl Babın nəzarəti məqsədilə, dünən gecə icrasına başlanan əməliyyatlar nəticəsində strateji əhəmiyyəti daşıyan təpələrin Türk Silahlı Qüvvələri dəstəyindəki ÖSÖ tərəfindən alındığı bilgisi verildi.
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture