/  
Ön yapraq » Oğuz xəbər » İran`da yeni həbs növü tətbiq ediləcək

İran`da yeni həbs növü tətbiq ediləcək

Oğuz TV: İranın Həbsxanalar rəisi Əsgər Cahangirzadə İranda yeni, elektrik həbs növünün tətbiq ediləcəyini bildirib.

Bu barədə Mehr xəbər ajansına açıqlama verən Cahangirzadə bu həbs növü barədə demək olar ki bilgi verməyib. O, qeyd edib ki, S.Ə. Xamneyinin tapşırığı ilə hələ test mərhələsində olan bu üsul yaxın gələcəkdə tətbiq ediləcək.  Cahangirzadə onu da vurğulayıb ki, bu üsulun tətbiqi, həbsxanaların şəhərlərdən kənara çıxarılması və məhbus sayının azaldılması üçündür.

Xatırladaq ki, bugün İran zindanılarında  tutumundan 3 qat artıq məhbus var və dövlət bu məhbusları yemək-içməklə təmin etməkdə çətinlik çəkir. Məhbusların çoxu isə sisyasi məhbuslardı.

Comments,Baxışınız
oguz gif telegram