/  
Ön yapraq » Oğuz xəbər » Torontoda Çin konsulluğu önündə eyləm keçirildi – Foto xəbər
Kanada _Toronto 05-02-2016

Torontoda Çin konsulluğu önündə eyləm keçirildi – Foto xəbər

OğuzTV: Bugün 16 behmen 05-02-2016 Kanada da dayaşayan Türklər, Doğu Türküstanda Çin rejminin 1375 də (1997) Uyğur Türklərinə qarşı törətdikləri soyqırımı etiraz eyləmi ilə andılar.

Bugün yerli vaxtila saat 15:00dən etibarən,Kanada “Doğu Türküstan” Türklərinin verdiği çağrışa əsasən, Toronto şəhərində yerləşən Çin konsulluğunun önündə Türk dünyasının müxtəlif coğrafiyalarından qatılımcılar, Çin ırqşçı rejimini qınayıblar. Oğuz TV nin Kanada muxbirinin verdiği məlumata əsasən qatılımcılar Türk dünyasının bayraqları və eləcədə  etiraz plakardlarını əldə tutaraq Çin vəhşiliklərinə dur diyib və soyqırım şəhidlərini anaraq, orda bugün əsir tutulan Türklərin səsinə səs verib onlarla bir davada olduqlarını qeyd ediblər .
 
 
Xatırladaq ki, Güney Azərbaycan kimi, Doğu Türküstan da uzun illərdi ki, Çin işğalındadı və İran rejmindən heç bir fərqi olmayan Çin rejmi, Uyğur Türklərinə qarşı zaman-zaman insanlığa sığmayan qətliamlar törədirlər. Belə qətliamlardan biri də 1375-ci il 17 bəhməndə (1997 ci il 5 fevralda) Doğu Türküstanın Gulca şəhərindəki qətliamdır.
 
Gulca şəhərində qədir gecəsi münasibəti ilə dini ibadətlərini yerinə yetirmək üçün toplanan bir qrup qadın və uşaq həbs olunmuşdur. Bu hadisədən sonra həbs olunanların qohumları günahsız olan bu insanların sərbəst buraxılmalarını istəmişdir. Bu zaman çin polisi nəzarətdə tutulan üç xanımı dəmir çubuqlarla döyüb öldürərək  saçlarından sürüyüb cansız bədənlərini yaxınlarının önünə atması ilə başlayan hadisələr qısa müddətdə böyüyərək bir xalq qiyamına çevrilmişdir.
 
 

Bu slaydşou üçün JavaScript lazımdır.

Çin xalq respublikası hökuməti hadisədən sonra bölgəyə çox sayda əsgər gətirmiş və bu qiyamı çox qanlı bir şəkildə bastırılmışdır. Gulca qiyamı əsnasında 400 Doğu Türküstan Türkü hadisə yerində Şəhid edilmiş, bir çoxu ağır yaralanmış və ilk mərhələdə 2000 adam tutuqlananmışdır. Ölən 400 soydaşımızdan 16-ı, havaların həddindən artıq soyuq olması səbəbi ilə üzərlərinə möhkəmlən təzyiqli su səbəbiylə donaraq ölmüş, 90-ı döyülərək öldürülmüş və 160-ı da Çin təhlükəsizlik qüvvələrinin açdığı atəşlə şəhid edilmişdir.

 
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture