/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 5 gündü aclıq eyləmi keçirən İbrahim Nurinin sağlıq durumu ağırlaşdı

5 gündü aclıq eyləmi keçirən İbrahim Nurinin sağlıq durumu ağırlaşdı

Oğuz TV: Aclıq eyləminin 5-ci günündə İbrahim Nurinin sağlıq durumu ağırlaşıb. 

Mədəsində kəskin ağrılar olan milli fəalın xəstəxanaya aparılmasına rejimin məmurları imkan vermir. 

Vəkil bəndi İbrahim Nuridən aclıq eyləmini dayandırmağı tələb edərək bildirib ki, onsuzda onu xəstəxanaya yerləşdirməyə imkan verməyəcək. 

“Qüds günü”ndə Doğu Türküstan Türklərinə dəstək verdiyi üçün eyləm keçirmək istəyən milli fəal Əhər şəhərində ettelaat tərəfindən tutuqlanmış və 1 gün sonra məhkəmədə mühakimə edilmişdi. 

Qazi Fazilinin sədirliyi ilə keçən məhkəmə milli fəala 100 milyonluq vəsiqə təyin etmişdi. Bu vəsiqəni verməkdən imtina edən milli fəal Əhər zindanına salınmışdı. Özünə qarşı olunan bu haqsızlıqlara etiraz olaraq İbrahim Nuri 5 gün öncə aclıq eyləminə başlayıb. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture