/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 6 gündü aclıq eyləmində olan milli fəalın şəkilləri Ərdəbil divarlarına yapışdırıldı

6 gündü aclıq eyləmində olan milli fəalın şəkilləri Ərdəbil divarlarına yapışdırıldı

Oğuz TV: Ərdəbil zindanında aclıq eyləmi keçirən Fərşid Piçqanlu bu gün eyləmin 6-ci günündə də aclığa davam edir. 

Ərdəbildən əldə etdiyimiz bilgiyə görə, şəhərin milli fəalları Fərşidin şəkillərini şəhərin mərkəzi küçələrinin divarlarına, Ərdəbil zindanın divarlarına və maşınların aynalarına vurublar. Divarlara və maşınlara yapışdırılan şəkillərin üstünə “Güney Azərbaycanın milli dustağıFərşid Piçqanlunu azad edin” cümləsi yazılıb. 

Diqqətinizə çatdıraq ki, 18 aban ayaqlanması zamanı tutuqlanan və 3 ay zindan, 30 şallaq zərbəsi cəzasını çəkən milli fəal Fərşid Piçqanlunun həbs müddəti 12 şəhrivərdə bitsə də, rejim bu milli fəalı zindandan buraxmır. Fərşid Piçqanlu da rejmin bu qanunsuzluğuna etiraz əlmaəti olaraq 6 gün bundan öncə aclıq eyləminə başlayıb. 

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture