/  
Ön yapraq » Oğuz xəbər » 6000 soydaşımız erməni işğalçılarının əsiridi

6000 soydaşımız erməni işğalçılarının əsiridi

OğuzTV:“Ermənilər girovları alverə çeviriblər və 68 nəfər Azərbaycan vətəndaşını böyük pul müqabilində əsirlikdən azad edib”.

 

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.  E.Səmədov bildirib ki, indiyədək 1435 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib: `Aparılan araşdırmalar nəticəsində 6000-dən artıq Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir və girov götürüldüyü müəyyənləşib.

Hazırda 3860 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlıdır.
İşçi qrup rəhbərinin müavini bildirib ki, 9 azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, üçüncü ölkəyə göndərilib: Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət oqranları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur. Girovluqdan azad olunan insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində onlarda yolxucu xəstəliklər aşkar olunub`

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture