/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 8 mart qadınlar günüdü

8 mart qadınlar günüdü

Oğuz TV: Bu gün 8 Mart  (18 isfənd) Beynəlxalq Qadınlar bayramıdır.

Bəs bu tarix harda və necə yarandı?

1235-ci ilin 18 isfənd (1857 il 8 mart) günü ABŞ-ın Nyu York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edir. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. Fəhlələrin dəfn mərasimində 10 000-dən çox insan iştirak edib. 

1288-ci il şəhrivərin 4-5- i (1910-cu il 26–27 avqust) tarixdə, hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadınların qurultayında 1235-ci ilin 18 isfənddində (1857-ci ilin 8 mart) Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklifi qəbul edilib. 

Bu bayram 1354-cü ildən (1975) Birləşmiş Millətlər Təşkilatı tərəfindən 8 Mart (18 isfənd) Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Bu bayramı bütün Türk xanımlarına, özəlliklə İran işğalı altında olan Güney Azərbaycanda fars molla rejminin basqıları altında yaşamaq məcburunda olan qadınlarımızı qutlayır, ən qısa zamanda yurdumuzun özgürləşməsini və bu bayramı bağımsız qutlamaq diləklərimizlə.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture