/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 9 gündür aclıq eyləmi keçirən milli fəalın şəkilləri şəhərlərin divarlarını bəzədi

9 gündür aclıq eyləmi keçirən milli fəalın şəkilləri şəhərlərin divarlarını bəzədi

Oğuz TV: Əhər zindanında 9 gündür aclıq eyləmi keçirən milli fəal İbrahim Nurinin şəkilləri Əhər və Təbriz küçələrini bəzədi. 

Əldə eydiyimiz bilgiyə görə, Əhərin və Təbrizin mərkəzi küçələrinin divarlarına İbrahim Nurinin şəkilləri asılıb. Güneydən gələn görüntülər də milli fəalın şəkillərinin İran bayraqlarının üstünə yapışdırılması diqqət çəkib. 

Ötən gün də İbrahim Nurinin öz şəhəri olan Əhərdə divarlara “İbrahim Nuriyə özgürlük”, “Doğu Türküstana dəstək olmaq suç deyil” və s. kimi sloqanlar yazılmışdı. 

İbrahim Nuri “Qüdsgünü”ndə Doğu Türküstana dəstək eyləmi keçirmək istədiyi üçün tutuqlanmış, 1 gün sonra məhkəməyə çıxarılaraq 100 milyon tümənlik vəsiqə təyin edilmişdi. Bu vəsiqəni verməkdən imtina edən milli fəal zindana göndərilib. İ.Nuri özünə qarşı  bu haqqsızlıqlara etiraz olaraq 9 gündür aclıq eyləmi keçirir. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture