/  
Ön yapraq » Oğuz xəbər » Abbas Lisaninin ailəsi və yaxınlarıyla görüşünə icazə vermir

Abbas Lisaninin ailəsi və yaxınlarıyla görüşünə icazə vermir

Oğuz TV: 22 abandan yəni, 13 noyabrdan  qanunsuz olaraq,  Ərdəbil zindanından Şirazın Adilabad zindanına sürgün  olunan  Abbas Lisaniyə rejimin məmurları ailəsi və yaxınları ilə görşməyə icazə vermir. Onun sürgününə səbəb 18 aban yəni, 9 noyabr Güney Azərbaycanda baş verən olaylarla bağlı zindandan yazılı şəkildə  bu olaylara öz münasibətini bildirməsi olub.

Nəzərinizə çatdıraq  ki, tirin 31-də yəni, iyunun 22-də iş yerinə gedərkən yaxalanan Abbas Lisani 1 illik həbsini çəkmək üçün Ərdəbil zindanına salınmışdı.

Abbas bəyin 1 illik həbs cəzası isə 2012-ci ildə Urmu gölünün qurudulması olayları ilə  bağlıdı ve 4 il çəkən məhkəmə prosesinin nəticəsində bu cəza ona verilib. O zaman Abbas bəy, 55 gün zindanda qaldıqdan sonra, 14 aban yəni, 5 noyabr  1390-cı ildə  (2012) 100 milyonluq  tümən vəsiqə girov qoyaraq azadlığa çıxmışdı.

Xatırladaq ki, Abbas Lisani dəfələrlə milli fəaliyyətlərinə görə həbs və işgəncələrə məruz qalıb.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture