/  
Ön yapraq » Oğuz xəbər » Adana da Xocalı soyqırımı anılıb

Adana da Xocalı soyqırımı anılıb

Oğuz TV: Adana Böyükşəhər Bələdiyyəsi, Azərbaycanda baş verən Xocalı qırğınının 25 inci ili nədəni ilıə anma proqramı düzənlədi.

Oğuz TV nin aldığı bilgiyə görə, Bələdiyyə Teatr Salonunda keçirilən proqrama Şəhərinin Bələdiyyə Sədri Hüseyn Sözlü, qeyri-hökumət təşkilatları ilə siyasi partiya nümayəndələri iştirak edib. Sədr Sözlü, çıxışında Xocalıda yaşanan insanlıq dramındakı iztirabların hələ də təzə olduğunu vurğulayaraq bu fikirləri dilə gətirdi:

“Her çiçək öz iqlimində yetişir və yaşayır. Sizi öz əməlləri üçün Türklərə qarşı qullanmaq istəyənlər bu günün şərtlərində sizi qullanacaqlar. Ancaq gələcək əsrdə bu gün yaşadığınız Avropada onların mədəniyyətləri içərisində batıb gedəcəksiniz. Əgər Erməni cəmiyyətini yaşatmaq istəyirsinizsə, bu cəmiyyətin gələcək nəsillərə çatdırılmasını istəyirsinizsə Türkiyə ilə, Azərbaycan ilə yaxşı yaşamaq, Türk Millətinə olan düşmənçilik mövqeyinizdən əl çəkməyə məcbursuz. Var olmaq istəyirsinizsə, varlığınızın təminatı Türklərdir”.

ERMƏNİ TEZİSİ DOĞRU DEYİL

Etkinlikdə danışan Azərbaycanlı araşdırmacı yazıçı Tənzilə Rüstəmxanlı isə Türk analarının övladlarını heç bir zaman başqa bir millətə düşmanlıqla yetişdirməiyini, onları sevgi ilə baxdıqlarını bildirdi. Rüstəmxanlı, özlərinə qarşı Türklərin soyqırım etdiyi iddiasında olan Ermənilərin bu tezisinin doğru olmadığını, əsl soyqırıma məruz qalanların Türklər olduğunu bildirib.

XOCALIDA NƏ OLDU?

Azərbaycan ilə Ermənistan arasında Qarabağ savaşı zamanı 26 Fevral 1992 tarixində Xocalı qəsəbəsinə Ermənistana bağlı qüvvələr tərəfindən hücum təşkil olunub. Hücumda Xocalıda yaşayan 106sı qadın, 83ü uşaq olmaq üzrə toplam 613 Azərbaycanlı qətlə yetirildi.

Comments,Baxışınız
oguz gif telegram