/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Adil əl Cübeyr: “Zərifin sözləri gülməlidir”
Ərəbistan:İrana qarşı iqtisadi sanksiyaların yenidən bərqərar olunmasını dəstəkləyirik

Adil əl Cübeyr: “Zərifin sözləri gülməlidir”

OğuzTV:Londona səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında Ər-Riyadın(Riyaz) Tehranla münasibətlərindən danışaraq İran xarici işlər naziri Məhəmmədcavad Zərifin iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpası ilə bağlı son bəyanatına yanıt (reaksiya-Əksoləməl) verib.
 
Avqustun 23-də “İsna” agentliyinə müsahibə verən Zərif, İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaxşılaşa biləyəcəyindən danışmışdı.Jurnalistlərə açıqlamasında,güya İranla diplomatik əlaqələrin yenidən bərpasını rədd edən Adil əl Cübeyr, iranlı həmkarının məsələ ilə bağlı son bəyanatına toxunaraq bildirib ki, əgər Tehran Ər-Riyadla qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasını istəyirsə, öz siyasətinə yenidən baxmalıdır: “Biz hələ ki, bunun üçün İranın mövqeyində və yürütdüyü siyasətində müsbətə doğru hər hansı bir dəyişiklik görməmişik. İran xarici işlər nazirinin bu barədə, yəni ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı dedikləri gülünc və məzhəkəlidir. Düşürük ki, əgər İran bizimlə əlaqələrinin yaxşılaşdırılmasını istəyirsə, əvvəlcə öz siyasətinə yenidən baxmalı, beynəlxalq qanunlara hörmətlə yanaşmalı və ona riayət etməlidir. Halbuki, indiki şəraitdə İranın bizə yaxşı bir qonşu olacağı qənaətində deyilik və buna inanmaq üçün də hər hansı bir əsas görmürük.
 
İran adlanan yerdən gələn zəvvarların builki həccə qatılması üçün iki ölkə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və onların bu barədə danışıqlar aparmasının siyasətə dəxli yoxdur. Bu danışıqların məzmunu dini məsələlərlə bağlıdır. Daha doğrusu, həcc və zəvvarlarla bağlı danışıqlar aparılması, iki ölkə arasında diplomatik əlaqələrin yaranması demək deyil”.
 

 
Xatırladaq ki, 2016-cı il, yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı fars rejimi ilə  bağlı radikal və irançı şiə lideri şeyx Nimr Baqir əl-Nimri  edam edib. Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsari Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vuraraq içindəki əşyaları yağmalayıblar. Eyni hadisə Məşhəddə də yaşanıb. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş olaya etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture