/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Afrində 31 Türk şəhidi və 143 yaralı…Amerikada Türkiyəyə qarşı ordu göndərilir
ABŞ-ın hazırladığı qrup türk ordusu ilə savaşa yollandı آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Afrində 31 Türk şəhidi və 143 yaralı…Amerikada Türkiyəyə qarşı ordu göndərilir

OğuzTV:Türkiyə Silahlı Qüvvələri Afrində 25gündür davam edən “Zeytun budağı” əməliyyatında ümumilikdə 31 əsgərinin şəhid olduğunu açıqlayıb.

Türk Silahlı qüvvələri TSQ əməliyyatlar zamanı 143 əsgərin yaralandığını bildirib. Yaralı hərbçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

Bundan başqa, son bir həftədə ölkə daxilində aparılan əməliyyatlar zamanı 16 terrorçu məhv edilib. Xeyli sayda silah-sursat ələ keçirilib.Türk ordusu əməliyyat başlayandan bu günə qədər məhv edilən terrorçu sayının isə 1369-a çatdığını bildirib.

“Hazırda Afrində davam edən əməliyyatlar İŞİD-ə qarşı mübarizədə diqqətimizi dağıdır”.Bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis deyib.

“Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürdlər Afrin əməliyyatlarına görə narahatdırlar. Onlardan bəziləri Afrinə gedir.Türkiyə də öz sərhədlərinin təhlükəsizliyindən narahatdır və biz bunu zərrə qədər də olsun inkar etmirik”, – Mettis bildirib.

ABŞ-ın hazırladığı qrup türk ordusu ilə savaşa yollandı

Qeyd edək ki, ötən həftə Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. Türkiyə KİV-inin xəbərinə görə, PKK terrorçuları Münbiç və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Türkiyə KİV-inin yazdığına görə, terrorçuların Afrinə keçidləri davam edib. ABŞ-ın müdafiə naziri Ceyms Mettis də PYD terrorçularının Afrinə keçdiyini etiraf edib. O, “Suriya Demokratik Gücləri”nin (əsas hissəsini PYD terror təşkilatı təşkil edir –red.) tərkibindəki bəzi kürdlərinin “İŞİD-lə mübarizədən diqqətinin dağıldığını” və bəzi qrupların Afrinə keçdiyini bildirib. ABŞ Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, “Suriya Demokratik Gücləri”ndən ayrılaraq Afrinə gedən qruplara dəstəyini kəsəcəklər.

Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma riskinə toxunan Pentaqonun sözçüsü Erik Pahon ötən həftə bildirib ki, bunun baş verməməsi üçün davamlı şəkildə Türkiyə ilə təmasdadırlar. Lakin Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture