/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Almaniyada Güneyli məhbuslara dəstək eyləmi keçirildi

Almaniyada Güneyli məhbuslara dəstək eyləmi keçirildi

Oğuz TV: Güney Azərbaycanda İran rejmi tərəfindən qanunsuz olaraq tutuqlanan milli fəallarımıza dəstək məqsədi ilə Almaniyada yaşayan soydaşlarımız eyləm keçirdi.

Eyləmin təşkilatçısı Tural Abbasovun Oğuz TV-yə verdiyi bilgiyə görə, Almaniyanın Münster şəhərində güneyli-quzeyli soydaşlarımız bir araya gələrək İran işğalında olan Güney Azərbaycanda fars rejmi tərəfindən günahsız olaraq tutuqlanan soydaşlarımıza dəstək eyləmi keçiriblər.

Eyləmçilər əllərində məhbusların adları və onlara özgürlük tələb edən sloqanlar yazılan pankartlarla Münster şəhərinin mərkəzinə yürüş elədilər.

1 saata qədər davam edən yürüş insidentsiz başa çatdı.

Comments,Baxışınız
oguz gif telegram