/  
Ön yapraq » Oğuz xəbər » Almaniyada Xocalı soyqırımının şəhidləri anılacaq

Almaniyada Xocalı soyqırımının şəhidləri anılacaq

OğuzTV :Almaniyada yaşayan Azərbaycanlılar, Xocalı mərasimi keçirəcəklər.Çağrışı olduğu kimin təqdim edirik:

Dəyərli həmvətənlərimiz!

Bildiyiniz kimi, 1992-cı il, Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Bu dəhşətli və qəddarcasına törədilmiş Faciə zamanı Xocalı şəhəri yerlə yeksan edilmiş, 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmaqla, bütövlükdə 613 soydaşımız şəhid edilmişdir. Bu faciəvi gündə şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin xatirəsini yad etmək üçün sizləri 27 Fevral, 2016 tarixində Mannheim şəhərində təşkil edəcəyimiz tədbirimizə dəvət edirik. 26 Fevral tarixinin iş gününə təsadüf etdiyi nəzərə alınaraq, tədbir həftəsonu, 27 Fevral 16:00 tarixində keçiriləcək.

Məkan: Mannheim Türk Ocağı, Schwetzinger Str. 28, 68165 Mannheim

Tarix: 27 Fevral, 2016-cı il.
Saat: 16:00
Azərbaycan Türkləri- Almaniya

Almanyada Xocalı soyqırımının şəhidləri anılacaq

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture