/  
Ön yapraq » Oğuz xəbər » Amerika: Bağımsız Qarabağ heç bir ölkə tərəfindən tanınmıyacaq

Amerika: Bağımsız Qarabağ heç bir ölkə tərəfindən tanınmıyacaq

OğuzTV: “Bizim mövqeyimiz aydındır. Dağlıq Qarabağ müstəqil respublika kimi, Amerika (ABD) və Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmır”

Bu sözləri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşşkilatının (ATƏT) Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 ili” adı altında tədbirin keçirilməsinə münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, diqqəti münaqişənin sülh yolu ilə həllinə apara biləcək addımlara, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri arasında davam edən dialoqa cəmləmək son dərəcə vacibdir: “ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə biz münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçün tərəflərlə fəal işləməyə davam edəcəyik”.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture