/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Amerika : “BMT Təhlükəsizlik Şurası iranı durdurmalıdır”
Ağ Ev:BMT iranı durdurmalı!

Amerika : “BMT Təhlükəsizlik Şurası iranı durdurmalıdır”

OğuzTV:Ağ Evin sözçüsü Sara Sanders, dekabrın 21-də bəyanat yayaraq İranı region ölkələrinin daxili işlərinə qarışmaqda, Yəməndəki şiə-husiləri silahlandırmaqda və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırıb.

Sanders bildirib ki, Amerika hökuməti, İranın dəstəklədiyi şiə-husilərin son vaxtlar Ər-Riyada və Səudiyyə Ərəbistanı kralının sarayına qarşı raket hücumlarını kəskin pisləyir və bunun dayandırılmasını tələb edir: “İran İnqilab Keşikçiləri Korpusu (Sepah), noyabr ayının əvvəllərində ƏR-Riyazın beynəlxalq hava limanını raket atəşinə tutmaq üçün Yəməndəki şiə-husilərin ixtiyarına hərbi avadanlıq qoyub və onları silahlandırıb. Bu isə BMT-Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi qətnamələrinə zidd olduğu üçün qəbuledilməzdir. İranın husilərə etdiyi bu yardımlar dayandırılmalıdır.

هیلی: ردپای ایران دوباره در حمله موشکی به عربستان دیده می‌شود

Hesab edirik ki, BMT Təhlükəsizlik Şurası, rəsmi Tehranın onun qətnamələrini ardıcıl pozduğuna görə İranı cavabdeh olmağa məcbur etməlidir”.

Xatıraladaq , Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, dekabrın 14-də Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb.
: “Hazırda mənim arxamda gördüyünüz bu raket, Yəməndəki husilərin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi hava limanına atdığı ballistik raketinin qalıqlarındandır. Bu raketin üzərində İranın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanı var və raketin özəllikləri İranın istehsal etdiyi digər raketləri ilə eynidir. Tehran BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozur. Məsələ ondadır ki, İran raketləri təkcə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı deyil, hamıya və bütün bölgəyə qarşı ciddi bir təhdid və təhlükədir.
 
Bu gün, Orta Şərqdə elə bir terrorçu qruplaşma yoxdur ki, İran ona dəstək verməsin və ya onunla əlbir olmasın. Təəssüflər olsun ki, İranın keçmişdəki rəftarında yaxşılığa doğru heç nə dəyişməyib və bu ölkə beynəlxalq terrorizmə dəstəyini bu gün də davam etdirir. Bunun isə qarşısı hesab edirik ki, dünya birliyi tərəfindən alınmalıdır”.

Comments,Baxışınız
oguz gif telegram