/  
Ön yapraq » Oğuz xəbər » Amerika fars rejiminə tətbiq olan 1979-cu il təhrimləri tekrar uzatdı
ترامپ عملا کابینه جنگی تشکیل داد ایرانی‌‌ها در ترس احتمال جنگ و هراس تجزیه ایران

Amerika fars rejiminə tətbiq olan 1979-cu il təhrimləri tekrar uzatdı

OğuzTV:Amerika Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzatmaqla bağlı qərar qəbul edib.Bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, 1979-cu ildən qəbul edilən sanksiyalar daha 1 il müddətində qüvvədə qalacaq.
Trampın Ağ Evin rəsmi saytında yerləşdirilən göstərişində bildirilir ki, Tehranla Vaşinqton arasında əlaqələr hələ də adi deyil: “Bizim İranla münasibətlərimiz hələ də adiləşməyib. Məhz buna görə də Amerikanın milli təhlükəsizliyinə, onun xarici siyasət və iqtisadi maraqlarına qarşı qeyri-adi təhdidlərin qarşısını almaq üçün 12170 saylı fərmana əsasən İrana qarşı tətbiq edilmiş milli fövqəladə rejiminin vaxtı daha 1 il müddətinə uzadılır”. Xatırladaq ki, İrana qarşı fövqəladə vəziyyət rejimini Amerikanin keçmiş prezidenti Cimmi Karter 1979-cu ildə, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin vaxtdan ABŞ prezidentləri hər il onun müddətini uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture