/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Amerika fars rejimini Suriyadan çıxarmaqda qərarlıdır

Amerika fars rejimini Suriyadan çıxarmaqda qərarlıdır

OğuzTV:Suriyada tәhlükәsiz bölgәlәrin yaradılması ilә bağlı imzalanan müqavilә gündəmdəki aktuallığını qorumaqdadır.

Amerika (ABŞ) və suriyalı müxalifətçilərdən ibarət olan Ceyşül İslam qrupu İranın təminatçı ölkə olmasına qarşıdır.TRTdən əldə etdiyimiz bilgiyə əsasən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Guterres, Səudiyyə Ərəbistanı və Misir isə müqaviləni  dəstəklәyib.Türkiyə, İran adlanan ölkənin fars rejimi  və Rusiya tərəfindən imzalanan müqaviləyә әsasәn İdlib vilayətinin tamamı ilə Lazkiye, Hələb, Hama, Homs, Şərqi Quta, Deraa və Kuneytra vilayətlərinin bəzi bölgәlәrindә tәhlükәsiz bölgәlәr  yaradılacaq.Qeyd edәk ki, hәmin bölgәlәrdә mayın 6-dan etibarәn  atəşkəs qüvvəyə minəcək.

Comments,Baxışınız
oguz gif telegram