/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika gəmiləri Ərəb körfəzində iran adlan ölkənin təcavüzünə məruz qalıb

Amerika gəmiləri Ərəb körfəzində iran adlan ölkənin təcavüzünə məruz qalıb

Oğuz TV: Amerikan Savunma Nazirliyi (Pentaqon), Hürmüz Boğazında İran adlanan yerin qayıqları tərəfindən, ölkənin “USS Invincible” hərbi kəşfiyyat gəmisinə qarşı tədbirlər həyata keçirildiyini bildirib.
Oğuz TV nin aldığı bilgiyə görə, Pentaqon, sualtı raket təsbit radarları təchizatlı gəmiyə, boğazdan keçdiyi zaman İranadlanan yerin İnqilab qoruyucularəna aid hücum botlarla tədbirlər həyata keçirildiyini və gəminin istiqamətini dəyişdirməyə zorlandığını açıqlayıb.
Gazətəcilərin mövzu ilə bağlı suallarını cavablandıran Pentaqon Sözçüsü Polkovnik Jeff Davis qarşı alınmanın “etibarlı və peşəkar olmayan bir yaxınlaşma” olduğunu dedi.

POLKOVNİK DAVİS: 550 METRƏ QƏDƏR YAXINLAŞDILAR
Gəminin özünü daha da təhlükəyə atmamaq üçün yolunu dəyişdiyini ifadə edən Davis, qayıqların gəmiyə 550 metrə qədər yaxınlaşdığını bildirib.
Qayıqlarla əlaqə yaradılmağa çalışıldığını ancaq cavab almadığını dilə gətirən Davis, “USS Invincible”a hadisə zamanı İngilis Kral Donanması gəmilərinin müşayiət etdiyini qeyd edib.

İKİ GÜN ƏVVƏL DƏ TƏCAVÜZ EDİLDİ
Davis, “USS Invincible” gəmisinin, iki gün əvvəl də Ərəb Körfəzində İran adlanan yerin bir firkateyn-i tərəfindən 150 metrə qədər yaxınlaşmaq yolu ilə təcavüz edildiyini bildirib.
Bunun da “peşəkar olmayan bir yanaşma” olduğunu bildirən Davis, ancaq firkateyn Amerika gəmisi paralel hərəkət etdiyindən bunu “güvənli olmayan bir yanaşma” şəklində salınmadığını deyib.

Comments,Baxışınız
oguz gif telegram