/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika ilə İran adlanan ölkə arasında çıxacaq olası savaşın qazananı bəlli

Amerika ilə İran adlanan ölkə arasında çıxacaq olası savaşın qazananı bəlli

Oğuz TV: İran adlanan ölkə ilə Amerika arasında gərginliyin yüksək səviyyəyə çıxdığı dövrdə, İran adlanan ölkəni əhatə edən ABD üslərini göstərən bir xəritə ortaya çıxdı. Xəritəyə baxılacaq olursa; İran adlanan ölkə, doğudan, batıdan, quzeydən və güneydən Amerika markajında.

 
Oğuz TV nin aldığı bilgiyə görə, Ortadoğu daki Ərəb ölkələrinin demək olar ki, hamısında Amerikanın əsgəri üsləri var. Bu ölkələr də İran adlanan ölkənin batı sınırında yer alır. İraq, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman Amrika əsgəri üslərinin olduğu ölkələrdən bəziləri. 11 Sentyabrın ardından Əfqanıstana girən ABD, İran adlanan ölkəni doğudan da əhatə etmiş olur. Əfqanıstanın yanısıra, Pakistanda da ABD əsgəri üsləri yer alır.
 
 İran adlanan ölkənin quzeyində yerləşən bölgədə də Amerikan üsləri var. Qırğızıstan və Tacikistan ABD əsəgri üslərinin yerləşdiyi ölkələr. İran adlanan ölkənin canını sıxan batısındaki əsgəri üslərin bəziləri də Türkiyə ərazisində yerləşir.
 
 Savaş Çıxarmı?
 
Amerika da Donald Trump dövrünün rəsmən başlaması ilə, Tehran-Vaşinqton münasibətləri heç vaxt olmadığı qədər gərginləşdi. Trumpın, İran adlanan ölkəni “terrorçu dövlət” kimi tərif etməsi də odu qızışdırdı.
 
 Trump, ötən həftə keçirdiyi konfransında jurnalistlərin “İran adlanan ölkəyə əsgəri müdaxiləni düşünürsünüz”? Şəklindəki sorusuna, “Masadakı hər bir seçenəyi dəyərləndiriq” cavabını vermişdi.
Comments,Baxışınız
oguz gif telegram