/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika – iran gərginliyi artır -Sepah Pasdran terrorist listesine girdi

Amerika – iran gərginliyi artır -Sepah Pasdran terrorist listesine girdi

OğuzTV:Amerika prezidenti Donald Tramp iyulun 25-də Ohayo əyalətinin Yanqstaun (Youngstown) şəhərində tərəfdarları qarşısında çxış edərək nüvə sazişinin icrası ilə bağlı Fars molla rejiminə ciddi xəbərdarlıq edib.

Molla rejimilə  nüvə razılaşmasını Amerika tarixində mövcud ən pis saziş adlandıran Tramp bildirib ki, rəsmi Tehran,  nüvə sazişinə və onun icrasına sadiq qalmasa yaxın gələcəkdə böyük çətinliklərlə qarşı-qarşıya gəlməli olacaq: “Bəlkə fikirləşirsiniz ki, onlar (İran rəsmiləri) bu sazişə görə bizə öz təşəkkürlərini bildirib, “Amerika biz səni çox sevirik” deyiblər. Ancaq bu belə deyil. Onlar bunu demək əvəzinə bir az da cəsarətlənib daha üzlü olublar, sırtılıblar. Lakin mən sizə söz verirəm ki, bu, çox da belə davam etməyəcək.

Əgər qarşıdan gələn üç ayın sonunda məsələyə yenidən baxıldıqda İranın sazişin şərtlərinə və onun icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmadığı təsdiqlənsə, bu ölkə çox ciddi və böyük problemlərlə üz-üzə qalacaq.
Biz 90 gündən sonra bu mövzuya yenidən qayıda, haqqında yenidən danışacağıq. Lakin əgər həmin müddətin sonunda İranın nüvə sazişinə və onun şərtlərinə sadiq qaldığı öz təsdiqini tapsa, mən bundan təəccüblənəcəyəm”.

Amerika Konqresinin Nümayəndələr Palatası iyulun 25-də “İranın sabitliyə qarşı yönələn  əməllərinin qarşısını almaq” adlı qanun layihəsinə düzəlişlər edərək onu səs çoxluğu ilə qəbul edib. Keçirilən səsvermədə, 419 nəfər qanun layihəsinin lehinə, 3 nəfər isə əleyhinə verib. Bundan sonra sənədə Senatda baxılacaq və təsdiq ediləcəyi təqdirdə imzalanması üçün Amerika prezidentinə göndəriləcək. Sənəd, Tramp tərəfindən imzalandıqdan sonra icra ediləcək.

 

Sənəddə, beynəlxalq terrorizmə dəstək verdiyinə və bölgədə sabitliyi pozduğuna görə, eləcə də raket proqramını davam etdirərək ölkədə insan hüquqlarını kobud şəkildə pozduğuna görə  “Sepah”a və ona bağlı şəxslərə və müəssisələrə qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.

İran adlanan ölkenin prezidenti Həsən Ruhani iyulun 26-da Nazirlər Kabinetinin iclasında çıxış edərək Amerika Konqresinin fars rejiminə qarşı sanksiyaların(Təhrim-Yapdırım) sərtləndirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsinə tebki verib.

 

Amerikanı İrana düşmənçilikdə günahlandıran Ruhani bildirib ki, onun hökuməti Vaşinqtonun bu hərəkətini cavabsız qoymayacaq.“Biz ABD Konqresinin ölkəmizə qarşı yeni hərəkətinə lazımi cavabı verəcəyik”.diyə ruhani deyib .Ruhani, Amerika Konqresinin bu hərəkətinə qarşı necə və hansı yollarla cavab veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Amerika hökuməti hər 90 gündən bir, İranın nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb-qalmaması məsələsini araşdırmalı, onu təsdiq etməlidir.

Comments,Baxışınız
oguz gif telegram