/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika irana qarşı yeni Təhrimləri va yapdırımlar həyata keçirir
تلاش اعضای ارشد جمهوریخواه مجلس امریکا برای تحریم ایران به دلیل اوضاع یمن

Amerika irana qarşı yeni Təhrimləri va yapdırımlar həyata keçirir

OğuzTV: Mayın 25-də Amerika Senatının xarici əlaqələr komitəsində fars rejiminə qarşı yeni Təhrimlərin (sanksiyaların – yapdırımların)tətbiq olunması barədə layihə qəbul edilib.

Yeni sanksiyaların tətbiqi, İranın ballistik raket proqramını genişləndirməsinə, radikal yaraqlı islamçı qruplaşmalara dəstək verməsinə, onlara silah-sursat çatdırmasına, eləcə də İranda insan haqlarının kobud şəkildə pozulmasına görə nəzərdə tutulub. Səsvermə yolu ilə qəbul edilən layihənin lehinə 18 nəfər, əleyhinə isə 3 nəfər səs verib.Amerika Senatının nümayəndələri bildiriblər ki, onların qəbul etdiyi bu layihə, qanuna çevrilməsi üçün Amerika Konqresinin Nümayəndələr Palatası və Amerika prezidenti Donald Tramp tərəfindən dəstəklənməlidir. Onların bildirdiyinə görə yeni sanksiyalar layihəsi, 2015-ci ildə İranla 5+1 qrupu arasında əldə edilən nüvə sazişini pozmur.

Bundan əvvəl, ABD-ın keçmiş dövlət katibi Con Kerri, jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin son seçkilərdə yenidən qalib gəlməsinə toxunaraq Amerikanın yeni hökumətinə İrana qarşı yeni sanksiyaların tətbiqi barədə xəbərdarlıq etmişdi: “Mənim keçmiş həmkarlarım və dostlarım! İndiki vaxtda diqqətlə addım atmalıyıq. Hesab edirəm ki, hazırkı durumda İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün o qədər də münasib vaxt deyil”.

Fars rejiminin nizami qolu“Sepah”ın(İran inqilabinin mühfizə dəstəsi ) hava-kosmik qüvvələrinin komandanı general Əmirəli Hacızadə mayın 25-də İranın Dezful şəhərində jurnalistlərə açıqlamasında ölkənin raket istehsal edən “3-cü yeraltı zavodu”nun istifadəyə verilməsindən danışaraq Səudiyyə Ərəbistanına qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

Image result for amir ali hajizadeh sepahSepah” rəsmisinin bu açıqlaması, Amerika Senatının xarici əlaqələr komitəsinin İran adlanan yerə qarşı yeni sanksiyaların tətbiq olunması barədə layihə qəbul etməsindən bir neçə saat əvvələ təsadüf edib.

Həmin yeraltı zavodlarda İranın ilk ballistik raketini yaxın vaxtlarda istehsal edəcəklərini bildirən Hacızadə, İranın “Dezful” adlandırılacaq ilk yer-yer raketinin artıq istehsalına başlanmasından xəbər verib: “Bu isə İranda son illər təsis edilən və raket istehsalı ilə məşğul olan  3-cü yeraltı zavoddur. Biz, Müdafiə Nazirliyinin müdafiə sənayesi ilə yanaşı, raket silahları ilə bağlı hərbi güc və qabiliyyətimizi inkişaf etdirəcək, bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Amerikalı tacirlərin bu xüsusdakı nigaranlığı və qorxusu da bizim üçün əhəmiyyətsizdir. Buna heç dəyər də vermirik”.

“Amerikalı tacirlər” dedikdə ABD prezidentliyinə seçilməzdən əvvəl bizneslə məşğul olan Donald Trampa ehyam vuran Hacızadə, onun bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinə toxunaraq Ər-Riyadın Amerikadan aldığı silahlara və iki ölkə arasında bu barədə imzalanan müqavilələrə də münasibət bildirib: “Səudiyyə Ərəbistanının Amerikadan aldığı silahlar bizi narahat etmir. Səddam Hüseynlə 8 illik savaşımızda, İraqın hərbi silah-sursatının bir hissəsini  qənimətə götürdüyümüz kimi, bir gün də gələcək ki, Ər-Riyadın Amerikadan aldığı həmin silahlardan sionist rejiminə qarşı istifadə edəcəyik”.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture