/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika Qüdsü Urşəlim adı ilə İsrailin paytaxtı kimi tanıdı

Amerika Qüdsü Urşəlim adı ilə İsrailin paytaxtı kimi tanıdı

OğuzTv:Tramp bu axşam qərarı açıqladı :”Yaxın Şərqdə hər iki tərəfi qane edən sülh yolu ilə nizamlanmaya sadiqdir”
Donald Tramp  qeyd edib ki, Qüdsü (Urşəlim ya Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb, Çünkü bu şəhir 3000 il öncə Yəhudların əli ilə tikilib.


Amerika səfirliyinin Urşəlimə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verirəm. Bu qərar sülh müzakirələrinə sadiqliyimizin pozulması anlamına gəlmir”, diyə Ağ Ev rəhbəri bildirib.Rəsmi Ankaradan ABŞ-ın Qüdslə bağlı qərarına sərd təpki gəlib.
“Biz ABŞ administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanımasını ilə bağlı məsuliyyətsiz qərarını qınayırıq. Bu qərar beynəlxalq normalara və BMT qətnamələrinə ziddir”, – Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə bağlı qərarına etiraz aksiyaları başlayıb. Oğuztv xəbər otağı Euronews-a istinadən xəbər verir ki, ilk olaraq küçələr Qəzza sakinləri çıxıblar. HƏMAS təşkilatının rəhbərliyi yerli sakinlərə müraciət edərək “üç günlük qəzəb” aksiyası keçirməyə çağırıb. Etirazlara partiya nümayəndələri də qoşulublar.  

Comments,Baxışınız
oguz gif telegram