/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika Sepahı terror örgütü olaraq elan etmək istəyir

Amerika Sepahı terror örgütü olaraq elan etmək istəyir

 Oğuz TV: Amerikada Trump yönətiminin, İran adlanan ölkənin İnqilab Mühafizəçiləri Gücünü (Sepahe Pasdaran) terror təşkilatı elan edilməsi təklifini nəzərə aldığı bildirilib.

 
 Oğuz TV nin aldığı bilgiyə görə, Qonuya yaxın ABD li yetkililər bu təklif haqqında bəzi Amerikalı hökumət qurumlarından görüş tələb olunduğunu söylədilər. Belə bir qərar, ABD nin İran adlanan ölkədən olan şəxs və qurumlara qarşı yeni həyata keçirdiyi tədbirlər içərisində yer ala bilər.
 
İran adlanan ölkənin ən güclü güvənliq qüvvəsi olan İnqilab Mühafizəçiləri, ölkə iqtisadiyyatında çox böyük paya sahib olduğu kimi, İran adlanan ölkənin siyasətində da olduqca təsirlidir.
 
İran adlanan ölkə ən güclü əsgəri və siyasi qurumunu terror qrupu olaraq elan etmək, Amerika və bölgəsəl rəqiblərinin İran adlanan ölkəni qarışmaqla günahlandırdıqları bölgəsəl münaqişələri daha da artırabilər.
 
 ABD, İnqilab Mühafizəçiləri ilə əlaqələrindən dolayı çox sayda adam və təşkilatı daha əvvəl qara siyahıya almışdı.
 
Amerika Xəzinə Nazirliyi 2007de İnqilab Mühafizəçilərinin, xarici ölkələrdə əməliyyatlar aparan birimi “Qüds Gücü” nü terrora dəstək verən bir birim kimi qiymətləndirmiş və “İran adlanan ölkənin, terrorçu və üsyançı qrupları dəstəkləmə siyasətinin həyata keçirilməsində başda gələn birim” olduğunu bildirmişdi. İnqilab Mühafizəçilərinin tamamilə bir terror qrupu olaraq adlandırması, 2015-ci ildə İran adlanan ölkə ilə altı böyük dövlət arasında imzalanmış nüvə müqaviləsi kimi sahələrdə daha geniş təsirlər yarada bilər.
 
 İnqilab Mühafizəçilərinə qarşı düşünülən bu addımın məqsədi, bu qrupun ölkənin nəqliyyat və neft kimi böyük sektorlarında söz sahibi olması səbəbindən, İran adlanan ölkəyə yabancı yatırımını əngəlləmək.
 
 Trump yönətiminin İran adlanan ölkə qonusundaki geniş dəyərləndirmə işlərinə qatılan bir yetkili, “Yeni yönətim İran adlanan ölkəni Amerikan çıxarlarına qarşı açıqca ən böyük təhdid olaraq görür və bu sözdə ölkə üzərindəki təzyiqi artırmaq üçün yeni yollar axtarır” – dedi. Eyni yetkilinin bildirdiyinə görə, Ağ Ev nüklər müqaviləni ləğv etmək əvəzinə, İran adlanan ölkəni Lübnanlı militar Hizbullah qrupunu, Yəməndəki Husi üsyançılarını, İraqdakı bəzi Şiə qüvvələri, Bəhreyndəki Sünni hakimiyyətə qarşı mübarizə edən Şiələri dəstəklədiyi və Səudiyyə Ərəbistanı və digər Körfəz Ərəb hədəflərinə qarşı elkronik saldırı apardığı nədəni ilə cəzalandırma yoluna gedə bilər.
 
İran adlanan ölkədə İnqilab Mühafizəçiləri sadəcə, Ruhanidən daha geniş səlahiyyətlərə malik olan dini lider Əli Xamaneiyə qarşı sorumldur.
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture