/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika və İsrailin , iran`la bağlı uyarı və çağrışları
Biz Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq üçün istənilən addımı atacağıq

Amerika və İsrailin , iran`la bağlı uyarı və çağrışları

OğuzTV:Amerika (ABŞ) Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderlərinə çağırış edib.

 

D.Tramp liderləri İranın təhdidinə qarşı mübarizə üçün birliyə çağırıb.Belə ki, Tramp bu çağırışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salman əs-Səud, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-Emarat Motehede Ərəbi) şahzadəsi Məhəmməd Ben Zeyid ən-Naxayan və Qətər əmiri Tamam Ben Həmad əs-Sani ilə telefon danışığı zamanı səsləndirib.

 

D.Tramp həmsöhbətlərini Ər-Riyad sammitində üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb, terrorçu qrupların maliyyələşdirilməsinə son qoyulmasının və ekstremist ideologiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb.

Aviqdor Liberman: “Biz Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq üçün istənilən addımı atacağıq”
Trampin ardından İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 8-də jurnalistlərə açıqlamasında İranın Suriya ilə apardığı hərbi əməkdaşlığından və Tehran-Dəməşq şiə koridorunun təhdidindən danışıb.

 

Image result for Avigdor LiebermanLibermanın bu açıqlaması, İsrail qırıcılarının Suriya ordusunun bir hərbi sənaye mərkəzini bombalamasından bir neçə saat sonraya təsadüf edib. Suriyanın Hemah əyalətinin Məsiyyaf şəhərində yerləşən Suriya ordusuna məxsus hərbi sənaye mərkəzi sentyabrın 7-si sübh saatlarında İsrailin hava hücumu nəticəsində məhv edilib. Bildirilir ki, “SERS” ixtisar adı ilə fəaliyyət göstərən həmin mərkəzdə raketlər, kimyəvi silahlar və digər hərbi avadanlıqlar istehsal edilirmiş.

 

Aviqdor Liberman bildirib ki, onun ölkəsi Orta Şərqdə həyata keçirilə biləcək hər hansı bir ssenari ilə üzləşməyə hazırdır: “İsrail Suriyada hər hansı bir hərbi macəraçılıq etmək niyyətində deyil. Lakin biz düşmənlərimizin bizi təhdid etməsinə və ya bizə ziyan vurmasına imkan verməməkdə qərarlıyıq. Biz, Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq və əhalimizi hər hansı bir təhlükədən qorumaq üçün əlimizdən gələni əsirgəməyəcək, istənilən addımı atacağıq”.

 

Qeyd edək ki, son aylar İsrailin bir sıra rəsmiləri İranın Suriyada hərbi fəaliyyətini  gücləndirməsindən, “Sepah”ın İsrail sərhədlərinə yaxınlaşaraq terrorçu qruplaşmalara dəstəyini gücləndirə biləcəyindən nigaran qaldıqlarını bildiriblər. 

Comments,Baxışınız
oguz gif telegram