/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikadan fars molla rejiminə bir zərbə daha: İranın əsas fondu bağlanır
Amerika İranın əsas fondu bağlayır آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی? OğuzTV ? @oguztv ???

Amerikadan fars molla rejiminə bir zərbə daha: İranın əsas fondu bağlanır

OğuzTV:Amerika hökuməti Nyu York Məhkəməsində Ələvi Fondunun Nyu Yorkdakı göydələnlərdən birindəki əmlakından imtina etməsini tələb edib.

Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Vaşinqtonun bu fondu İrana qarşı 1995-ci ildən tətbiq olunan sanksiyaları pozmaqda ittiham edib. ABŞ hökuməti həmçinin məhkəmədə fondu İran hökuməti ilə əlaqədə ittiham edib.

Amerikanin iddia etdiyi mülk Nyu Yorkun Rokfeller mərkəzinin yaxınlığında yerləşir. Buradakı göydələnin 60%-i İrana aiddir.

Ələvi Fondu şah dövründə qurulub. İran inqilabından öncə bu fond Pəhləvi Fondu adlandırılırdı. ABŞ bu təşkilatı İranın nüvə proqramına gizli dəstəkdə ittiham edir. Amerika fondun əmlakının bir hissəsini 2009-cu ildə müsadirə edib.

 

OğuzTV xəbər verir ki, İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri Komissiyasının sədri Ələddin Borucerdi bildirib ki  bu rejimin cəvabi çox sərt olacaq.

Qeyd edək ki, yeni sanksiyalar gələn həftə müzakirəyə çıxarılacaq. Burada ABŞ-ın regiondakı terrorizmə dəstəyi, ABŞ-da insan haqlarının pozulması, ABŞ-dakı iranlıların hüquqlarının müdafiəsi yer alacaq.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture