/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikadan İran rejiminə yeni yaptırımlar (təhrimlər)
Amerikadan İran rejiminə yeni yaptırımlar (təhrimlər)

Amerikadan İran rejiminə yeni yaptırımlar (təhrimlər)

Oğuz TV: Amerika, qara listəsindəki İranlı hava yolu şirkətlərinə Amerikan avadanlıq təmin etdikləri səbəbilə 9 nəfər və təşkilata qarşı yaptırım (təhrim) qərarı alıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Amerika Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada, Mahan, Caspian, Merac və Puya kimi İranlı hava yolu şirkətlərinə Amerikan qeydiyyatlı məhsulları tədarük etdiyi iddia edilən 3 nəfər və 6 şirkətin yaptırım (təhrim) listəsinə alındığı bildirildi.

Bundan başqa, yaptırım (təhrim) listəsindəki İranlı hava yollarına aid 31 uçağa xidmət və ya eniş icazəsi tanıyanların Amerikanın sanksiyalarına tabe tutulacağı xəbərdarlıq edilib.

Amerikanın yaptırım (təhrim) uyquladığı İranlı hava yolu şirkətlərinin terror təşkilatı Hizbullah və Əsəd rejiminə silah, döyüşçü və maliyyə təmin etdiyi iddia edilən açıqlamada, Amerika Xəzinə Naziri Steven Mnuchinin bu ifadələrinə yer verilib:

“Dünya daxilində ölkələr və şirkətlər, İran tərəfindən bölgəyə terror ixrac etmək üçün istifadə edilən hava yollarına eniş icazəsi və havacılıq xidmətləri təmin etməyin gətirdiyi riskləri nəzərə almalıdırlar. Bu hava yolu şirkətlərinin Amerika məhsullarını və xidmətlərini təmin etmək üçün istifadə etdiyi aldadıcı tədbirlər, İran rejiminin fəaliyyəti üçün edilən hiyləkar yolların sadəcə bir nümunəsidir”.

Yaptırım (təhrim) qərarı Amerikadaki mal varlıqları dondurulan və Amerikalılarla ticari əlaqə qurmaları qadağan olunan 3 nəfər və 6 şirkət arasında Türkiyədən bir şəxs ilə 4 şirkət yer alıb. Listədəki digər adlar isə İran vətəndaşları və şirkətləridir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture