/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikadan irana sərt təpki; İran adlnan ölkə dünyanı aldatabilməz

Amerikadan irana sərt təpki; İran adlnan ölkə dünyanı aldatabilməz

OğuzTV:ABD Prezidenti Donald Trumpın yeni təyin etdiyi BM Daimi Təmsilcisi Nikki Haley, İranın orta mənzilli raket sınağının “kəsinliklə qəbul edilməz” olduğunu bildirərək, İranı sərt şəkildə uyardı.

 


 
 BM Güvənliq Şurası, (BMGK) ABD-nin çagırısıyla İran adlnan ölkənin raket sınağı mövzusunda qapalı bir toplantı keçirib.
 
 ABD nin BM Daimi Təmsilcisi Haley, BMGK Hazırkı Başqanı İsveçin BM-dəki Daimi Təmsilcisi Olof Skoogun başçılıq etdiyi toplantının ardından gazetəcilərə açıqlama verib.
 
 Səfir Haley, “ran adlnan ölkənin 29 Yanvar Bazar günü orta böyüklükdə bir raket sınaq etdiyini təsdiqlədik. Bu qətiyyən qəbul edilməz”. Şəklində danışdı.
 
“Onlar savaş başlığı daşıyan balistik raket testi etməmələri lazım olduğunu bilir”. Deyən Haley, bazar günkü sınağının 50 kg-lıq bir daşıma qabiliyətə sahib olduğunu və 300 kilometr qədər bir mənzili olduğunu qeyd edib.
 
 ABD ” sadəlövh deyil. Gözləməyəcəyik”

 Danışığında “sərt bir şəkildə” ABD sadəlövh deyil. Gözləməyəcəyik. Onlara müraciət etdiyimizi görəcəksiniz”. İfadələrini işlədən Haley, “Onların, bunun qəbul etməyəcəğimiz bir məsələ olduğunu anlamasını təmin etmək mövzusunda qərarlıyıq”. Deyə qeyd edib.
 
 Haley ayrıca, İran fars molla rejimi dünyanı yaxşı olduqlarına inandırmağa çalışdığını qeyd edərək, “Dünyadakı insanlara, bu məsələdə narahatlıq duymağımız lazım olan bir şey olduğunu deyəcəyəm”. Dedi.
 ABD nin Tehranın raket texnolojisi tədarükünü dayandırmaq istədiyini vurğulayan Haley, heç bir ölkənin İrana raket texnolojisi tədarükündə olmaması lazım olduğunu qeyd edib.
 Bu arada, ABD nin yanısıra, Avropa Birliyi də bazar günü raket sınağı keçirən İrana “güvənsizliği dərinləştirməməsi” ni xəbərdarlıq edərkən, İran Dışişləri Naziri Cavad Zərif, sınaqların yalnız müdafiə məqsədli olduğunu və raketlərin nüvə savaş başlıqları daşıma  amaçlı tasarlanmadığını bildirmişdi.
Comments,Baxışınız
oguz gif telegram