/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikadan İsrailə dəstək: “İran adlana yer atom silahına sahib olmamalıdır”
کاخ سفید:مشکل این است که توافق اتمی میان شش قدرت جهانی و ایران بردروغهای تهران بنا شد‎.

Amerikadan İsrailə dəstək: “İran adlana yer atom silahına sahib olmamalıdır”

Oğuz TV: Ağ Ev Sözçüsü Sarah Sanders, İran adlnan ölkənin nüvə proqramı ilə bağlı İsrailin verdiyi açıqlamaların fərqində olduqlarını bildirərək, “İran nüvə silahlara heç vaxt malik olmamalıdır” deyib.

Sözçü Sanders, İsrail Baş Naziri Binyamin Netanyahunun dünən keçirdiyi mətbuat toplantısında ilə bağlı yazılı bəyanat verib.
İranın nüvə proqramı ilə bağlı prosesin fərqində olduqlarını, İsrailin ortaya qoyduğu məlumat və sənədlər işığında mövzunu yaxından təqib etdiklərini bildirən Sanders, “Bu vəziyyət, Amerikanın uzun zamandır bildiyi bir həqiqəti ortaya qoyur: İran dinamik və gizli bir nüvə silah proqramını davam etdirir. Bunu dünyadan və öz xalqından gizlətməyə çalışdı, lakin bacarmadı”. İfadələrini qullandı.

“İRAN ALANAN ÖLKƏ NÜVƏ SİLAHINA MALİK OLMAMALIDIR”

Sanders,” İran rejimi öz qonşularına və digər ölkələrə qarşı dağıdıcı silahları istifadə edəcəyini göstərmişdir. Bu səbəbdən İran adlnan yer nüvə silahlara heç vaxt malik olmamalıdır” açıqlmasını verdi.
Netanyahunun İran adlana yerlə bağlı açıqlamalarını dəyərləndirən Amerika Dış İşlər Naziri Mike Pompeo da yazılı açıqlamasında, “Sənədlər İranın nüvə silah proqramını illərdir davam etdirdiyini göstərir. İran, nüvə silah və raket sistemlərini gəliştirməyə davam etdi. İran çox böyük atomsal arxivi dünyadan və Uluslararası Atom Enerjisi Ajansından bu günə qədər gizlətdi” İfadələrinə yer verdi.

Amerika Prezidenti Donald Trump, İranla olan müqavilədən çəkilmək istədiyini dəfələrlə dilə gətirmiş və bu barədə son qərarını Mayın 12-də elan edəcəyini açıqlamışdı. Buna qarşılıq, müqaviləyə imza atan ölkələrdən biri olan Fransa isə İranla razılaşmaya sadiq qalması lazım olduğunu, ya da yeni bir nüvə saziş həyata keçirilə biləcəyini müdafiə edir.

Comments,Baxışınız
oguz gif telegram