/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikadan Qətərə ultimatum:İranla bütün əlaqələrini kəs Yoxsa!
Amerikadan Qətərə ultimatum!İranla diplomatik əlaqələrini kəs

Amerikadan Qətərə ultimatum:İranla bütün əlaqələrini kəs Yoxsa!

OğuzTV:Ərəb ölkələrinin Qətərə qarşı tələblərinin bir hissəsi tərəflər arasında dialoq üçün əsas ola bilər.

OğuzTv xəbər otağı əldə etdiyi bilgiyə görə bu barədə bəyanatı Amerika Dövlət katibi Reks Tillerson yayıb.

“Qətər Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülən tələbləri diqqətlə öyrənməyə başlayıb. Bu tələblərin bəzi elementlərini yerinə yetirmək Qətər üçün çətin olacaq. Biz tərəflər arasında yaranan konfliktin həlli üçün Küveyt əmirinin vasitəçilik səylərini dəstəkləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, ərəb dövlətləri konfliktin bitməsi üçün Qətərə qarşı tələblərini irəli sürüblər. Diplomatik münasibətlərin bərpası üçün irəli sürülən tələblər bunlardır:

1. İranla diplomatik əlaqələrini kəs və İrandakı ofislərini bağla. İran İnqilab Keşikçiləri Korpusu üzvlərini Qətərdən çıxart. İranla hərbi əməkdaşlığı dayandır. İranla ticarətdə ABŞ sanksiyalarına tabe ol;

2. Müsəlman Qardaşları, İŞİD, Əl Qaidə və Livan Hizbullahı kimi terrorçu təşkilatlarla əlaqəni kəs. Rəsmi olaraq bu strukturları terrorçu elan et;

3. “Əl-Cəzirə”ni bağla;

4. “Ərəbi21”, “Rassd”, “Əl-Ərəbiyə”, “Əl-Cədid” və “Middl İst Ay”da daxil olmaqla, Qətər fondu olan media kanallarını bağla;

5. Türkiyənin Qətərdəki hərbi bazasını bağla. Qətər torpağında Türkiyə ilə hərbi əməkdaşlığı bitir;

6. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, ABŞ, Kanada və digər ölkələr tərəfindən terrorçu olaraq görülən şəxslər, qruplar və təşkilatlara dəstəyini dayandır;

7. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən axtarılan terrorçuları təslim et. Onların addımları və maliyyə vəziyyətləri ilə əlaqədar istənilən məlumatları paylaş;

8. Başqa ölkələrin daxili işlərinə qarışma. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vətəndaşlarına Qətər vətəndaşlığı vermə. Qətər vətəndaşlığı olanların öz ölkələrinin qanunlarını pozmaları qarşılığında pasportlarını ləğv et;

9. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndəki müxalif qruplarla bütün əlaqələrini kəs. Qətərin bu qruplarla əvvəlki əlaqələri və bu qruplara təqdim etdiyi dəstəyin bütün sənədlərini təslim et;

10. Qətərin siyasətinə görə son illərdə yaşanan can və mal itkiləri üçün təzminat ödə;

11. Hərbi, siyasi, ictimai və iqtisadi cəhətdən digər Körfəz və ərəb ölkələriylə 2014-cü ildə Səudiyyə Ərəbistanında müəyyən edilən səviyyədə əlaqə yarat;

12. Bütün tələblər Qətərə çatdıqdan sonra 10 gün ərzində qəbul edilməzsə, tələb siyahısı etibarsız sayılacaq. Bu sənəd Qətərin tələbləri qəbul etməməsi vəziyyətində tələb qoyan ölkələrin nə edəcəyini bildirməyəcək;

13. Tələblərin qəbulundan sonra ilk il üçün aylıq yoxlamalara razı ol.

Comments,Baxışınız
oguz gif telegram