/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Amerika:Fars rejimi başçılarının mal varlığını ifşa edəcəyik
Amerika İranın rəhbəri və ETTELAAT və Sepah” komandirlərinin, o Rüşvət və mal fəsadlarını açır

Amerika:Fars rejimi başçılarının mal varlığını ifşa edəcəyik

OğuzTV:Amerika Nümayəndələr Palatasının maliyyə işləri üzrə komitəsi qanun qəbul edərək, ABŞ Maliyyə Nazirliyi, İranın dini lideri Əli Xamneyinin və digər yüksək rütbəli İran rəsmilərinin ümumi sərvətinin miqdarını müəyyənləşdirib açıqlayacaq. Bu barədə “əl-Ərəbiyyə” saytı noyabrın 17-də məlumat yayıb.

Sözü gedən qanun, noyabrın 15-də ABŞ Nümayəndələr Palatasının maliyyə işləri üzrə komitəsində səsə qoyulub. 43 nəfər qanunun lehinə, 16 nəfər isə əleyhinə səs verib. Bununla da “İran rəhbərlərinin sərvətinin şəffaflaşdırılması” adlandırılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

 

Qanuna əsasən, Amerika hökuməti, o cümlədən də Maliyyə Nazirliyi, Əli Xamneyinin, prezident Həsən Ruhaninin, Konstitsiyaya Nəzarət Şurası üzvlərinin, Sistemin Məsləhətini Müəyyənlədirən Qurum üzvlərinin,İttilaatin ( ETTELAAT-iran Təhlükəsilik və istihbaratnazirinin), “Sepah” ETTELAAT-ı rəisinin, “Sepah” komandirlərinin, o sıradan da “Qüds” qanadı komandanı Qasım Süleymaninin bütün daşınan və daşınmaz əmlakı və onların həmin sərvətlərindən necə istifadə etmələri haqda hesabat hazırlayaraq açıqlamalıdır.Qanun layihəsində bildirilir ki, İran adlanan ölkənin dini, siyasi və hərbi rəhbərlərinin, “Sepah” komandirlərinin, hökumət və təhlükəsizlik qurumlarının ölkədə geniş vüsət almış korrupsiya, mənimsəmə və fəsad nəticəsidə əldə etdiyi bu qədər sərvətə hansı yollarla yiyələnməsi və bu pullardan necə istifadə olunması müəyyənləşdirilməlidir.

 

Xarici ölkələrdəki qeyri-hökumət təşkilat və institutların bildirdiyinə görə, İran əhalisinin yalnız 5 faizi, yəni Xamneyi və onun ailə üzvləri, qohum-əqrəbaları və onların ətrafındakı təhlükəsizlik qüvvələri  ölkənin ümumi sərvətinin 95 faizini öz əllərində cəmləşdiriblər. Baxmayaraq ki, ölkə əhalisinin əksəriyyəti yoxsulluq içində yaşayırlar. Bildirilir ki, təkcə Xamneyinin özünün topladığı sərvəti 95 milyard dollara yaxındır.

Comments,Baxışınız
oguz gif telegram