Oğuz TV: Türkiyənin başkənti Ankarada Hava Qüvvələri Qərargahının önündə, Kızılay istiqmətində Ankara saatı ilə 18:30-da güclü partlama baş verdi.
Bomba yüklü maşın Hava Qüvvələrinin əsgərlərini daşıyan servislərin keçidi zamanı ərazidə güclü partlama yarandı. Türkiyə rəsmlərindən gələn rəsmi bilgilərə görə, 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.
Anadolu Ajansının verdiyi bilgiyə görə, yaralananlar arasında Türk Hava Qüvvələrinin bir Tuğgeneralı da yaralanıb. Yaralanan generalın xəstəxanaya aparılaraq əməliyyata alındığı bildirilir.
Comments,Baxışınız