/  
Ön yapraq » Oğuz xəbər » Ankarada Gulca qətliamı anıldı

Ankarada Gulca qətliamı anıldı

Oğuz TV: Ankarada Türk dünyasının səsi olan Tanridağ Türkçülər Dərnəyi, bugün 16 behmen Doğu Türküstanda Çin rejminin 1375 də (1997)  Uyğur Türklərinə qarşı törətdikləri soyqırımı andılar.

Ankaranın mərkəzində Doğu Türküstan və Türkiyə bayraqları ilə birlikdə masa üstü və asma baner  açan Türkçülər, Doğu Türküstandaki Gulca qətliamını anladan vərəqələr payladı, insanlara səsli və yazılı şəkildə bu soyqırımla bağlı bilgi verdilər. Xatırladaq ki,Güney Azərbaycan kimi, Doğu Türküstan da uzun illərdi ki, Çin işğalındadı və İran rejmindən heç bir fərqi olmayan Çin rejmi, Uyğur Türklərinə qarşı zaman-zaman insanlığa sığmayan qətliamlar törədirlər. Belə qətliamlardan biri də 1375-ci il 17 bəhməndə (1997 ci il 5 fevralda)  Doğu Türküstanın Gulca şəhərindəki qətliamdır. 

 

Gulca şəhərində qədir gecəsi münasibəti ilə dini ibadətlərini yerinə yetirmək üçün toplanan bir qrup qadın və uşaq həbs olunmuşdur. Bu hadisədən sonra həbs olunanların qohumları günahsız olan bu insanların sərbəst buraxılmalarını istəmişdir. Bu zaman çin polisi nəzarətdə tutulan üç xanımı dəmir çubuqlarla döyüb öldürərək  saçlarından sürüyüb cansız bədənlərini yaxınlarının önünə atması ilə başlayan hadisələr qısa müddətdə böyüyərək bir xalq qiyamına çevrilmişdir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Çin xalq respublikası hökuməti hadisədən sonra bölgəyə çox sayda əsgər gətirmiş və bu qiyamı çox qanlı bir şəkildə bastırılmışdır. Gulca qiyamı əsnasında 400 Doğu Türküstan türkü hadisə yerində Şəhid etmiş, bir çoxu ağır yaralanmış  səbəb vermiş və ilk mərhələdə 2000 adamı tutuqlamışdır. Ölən 400 soydaşımızdan 16-ı, havaların həddindən artıq soyuq olması səbəbi ilə üzərlərinə möhkəmlən təzyiqli su səbəbiylə donaraq ölmüş, 90-ı döyülərək öldürülmüş və 160-ı da Çin təhlükəsizlik qüvvələrinin açdığı atəşlə şəhid edilmişdir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture