/  
Ön yapraq » Oğuz xəbər » Ankarada Patlama: 34 ölü

Ankarada Patlama: 34 ölü

Oğuz TV: Ankaranın Qızıl Ay səmtində axşam saatlarında böyük bir partlayış oldu. Maşınların yandığı məlumatı alınan bölgəyə təhlükəsizlik gücləri təcili yardım və yanğınsöndürmə ekipləri sövq edilib. Şahidlər partlayış saat 18.41 də Güvenpark yaxınlığında meydana gəldiyini və yaralıların olduğunu dedi. Bölgədəki vasitələrlə bəzi binalar ziyan gördü. Digər tərəfdən, Ankara Valiliyi xain hücumla bağlı verdiyi bəyanatda 34 nəfərin həyatını itirdiyini bildirib.
Oğuz TV muxbirinin Ankaradan verdiyi bilgiyə görə, Ankara Qızıl Ay Güvenparkta axşam saatlarında şiddətli bir partlayış meydana gəldi. Gama İş Mərkəzinin qarşısındakı avtobus dayanacaqlarının yanında meydana gələn partlayış nəticəsində çox sayda insan yaralanıb. Partlayışdan iki sərnişin avtobusunun də təsirləndiyi bildirilir.

Maşınların yandığı məlumatı alınan bölgəyə təhlükəsizlik gücləri təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib.

Ankara Valiliyi: “13.03.2016 Bazar günü saat 18.45 sıralarında Qızıl Ay Güvın Parkda bir avtomobilin partladılması nəticəsində ilkin hesablamalara görə hadisə yerində 23, xəstəxanaya aparılarkən 4 olmaq üzrə cəmi 27 vətəndaşımız vəfat etmiş, yaralanan təxminən 75 vətəndaşımız da müxtəlif xəstəxanalarda müalicə altına alınıb. Vəfat edən vətəndaşlarımıza Allahdan rəhmət, yaralı vətəndaşlarımıza da təcili şəfalar diləyiriq” patlamadan sonra sosyal medyadada vətəndaşlar tərəfindən çoxsaylı görüntü paylaşılıb.

 

Oğuz Tv muxbiri Quzey Azərbaycan`dan xəbər verir ki Azərbaycan prezidenti İlham Əliyev ,Türkiyəyə  başsağlığı məktubu ünvanlayıb

Məktubda deyilir: “Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

Comments,Baxışınız
oguz gif telegram