/  
Ön yapraq » Oğuz xəbər » Arda Turan dünya liderlərinə səsləndi (FOTO)

Arda Turan dünya liderlərinə səsləndi (FOTO)

Oğuz TV: Türkiyənin dünyaca məşhur futbolçusu, İspaniyanın Barselona takımının ulduzu Arda Turan dünən Ankarada yaşanan qanlı terror olayının ardından dünya liderlərinə səsləndi.

Sosial mediada Parisdə baş vermiş terror olayları zamanı dünya liderlərinin, həmçinin Türkiyənin Baş Naziri Əhməd Davudoğlununda yer aldığı şəkli paylaşan Arda, bu sözləri yazdı:“İndi bizim acımızı paylaşma zamanıdır. Bütün dünyaya səslənirəm. Bu, sadəcə, bizim problem deyil, sənin, mənim, hamımızın sorunudur. Terrora qarşı birləşmək zamanıdır. Biz bu dünyada torpağa düşən hər can üçün göz yaşı axıtdıq. Acılar sizin coğrafiyanızı əhatə etdiyi zaman bərabər üzüldük. İndi o öyündüyünüz mədəniyyətin lazım olanını edin və ayağa qalxın. Çünki insana dəyər verən yaşadığı coğrafiya deyil. Biz sizin acılarınızda əlimizi uzatdıq, bərabər ağladıq. İndi mənim ölkəmdə tanımadığınız evlərdə analar, atalar, qardaşlar ağlayır. Etirazınızı indi göstərin. Mən Türkiyəni təmsil edən idmançı olaraq bunu gözləyirəm. Hamımız gözləyirik. Çünki bu, sadəcə, bizim acımız deyil. Teror tək bizim terror deyil”.

 

Arda Turan

 

Comments,Baxışınız
oguz gif telegram