/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ata Babək mərasimində onlarca milli fəal döyülərək tutuqlanıb(Görüntü)

Ata Babək mərasimində onlarca milli fəal döyülərək tutuqlanıb(Görüntü)

OğuzTV:Dünən Xəbər verdiyimiz kimi, iyunun 30-da Güney azərbaycanlı milli fəallar Ata Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Babək Bəz qalasına Toplaşmışlar.

Ancaq qayıdış yolunda onlarca milli fəal döyülərək iran nizam intizam qüvvələri tərəfindən vəhşicə tutuqlanmışdır.Oğuztv Muxbiri Kəlibərdən xəbər verir ki Güneyli iki milli fəal Əkbər Cəhangiri və Rəhim Novruzi isə iran rejimi məmurları tərəfindəm ağır döyülərək hüşlərini itiriblər.İki milli fəal üz baş qan içində İttilaat tərəfindən(Ettelaat- İran Təhlükəzilik və Kəşfiyyat Nazirliyi) tutuqlanaraq naməlum istiqamətə götürülüb.

Bir çox Güneyli milli fəalda Tohid Əmir Əmini kimi yoxa çıxıb və onlardan heç bir xəbər alınmır.Milad Əkbəri ,Rəhim Zare, Əkbər Cahangiri ,Rəhim Novruzi, Hamid Rəvazi, Murtaza Pərvin, Səccad Sadiqi bu ana qədər məlum olan tutuqlanan milli fəalların arasındadır. Oğuz Tv Xəbər Otağına daxil olan məlumata görə Əkbər Cəhangiri və Murtaza Pərvin Təbrizdə yerləşən İran İttilaat mərkəzinə aparılıb və Millad Əkbəri və Rəhim Zare isə dünən gecə Təbriz şəhərində  öz evlərində tutuqlanıblar.Milad Əkbəri ,Rəhim Zare, Rəhim Novruzi, Hamid Rəvazi Əhər Mərkəzi zindanına göndərələblər.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram