/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Avropa-Azərbaycan ilişkiləri dərinləşir
Əliyev haqlıdır, türklər İrəvana qayıdacaq ...

Avropa-Azərbaycan ilişkiləri dərinləşir

OğuzTV:Quzey Azərbaycan  cumhuriyyətinin Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika səfərindən əli dolu qaydır.  İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden ilə görüşüb. Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməkdən məmnun olduğunu deyib.

İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti Rene Van der Linden ilə görüşüb - YENİLƏNİB - FOTOİlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğulayıb. Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlət başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladıb, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi nun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd edib, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib. OğuzTv BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr “qeyri-adi” deyil.

Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda “Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin nəzərdə tutulması olduğunu bildirir. Xəbər verdiyimiz kimi, bu tədbirə Bakıdan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılıın da qatılacağı gözlənilirdi. İnsan haqları ilə bağlı tədbirdə Avropa Parlamentinin ermənipərəst deputatlarının da iştirakı nəzərdə tutulurdu.

Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Moqerini ilə görüşüb. İlham Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir. O, Avropa İttifaqı və Azərbaycan arasında yeni əməkdaşlıq razılaşması barədə danışıqlar aparır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture