/  
Ön yapraq » Oğuz xəbər » Avropa ölkələri bir-bir ardıca Türkiyəyə qarşı qurulan cəbhədə yer alır

Avropa ölkələri bir-bir ardıca Türkiyəyə qarşı qurulan cəbhədə yer alır

OğuzTV:Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağl kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.


Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər”.Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Ərdoğandan Avropaya SƏRT SÖZLƏR: "Əgər siz bundan sonra da belə davam etsəniz..." - VİDEO“Mən bir daha avropalılara müraciət edirəm: Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, Qərb ölkələrinin bir vətəndaşı belə dünyada heç yerə bir addım ata bilməyəcək. Buna görə biz Türkiyə olaraq

Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik”, – deyə Ərdoğan Türkiyənin regional KİV nümayəndələri ilə görüşdə bildirib.

Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub. Bundan sonra

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya başnaziri Angele Merkelə sərt şəkildə ayrı cavab verib.

Prezident Ərdoğan Anadolu Yayımı Dərnəyi üzvləri ilə görüş zamanı Almaniyanın haqq-ədalətə qarşı olduğunu bildirib.

Daha sonra Ərdoğan Almaniya kansleri Angele Merkelə xitab edib:

“Adam “media təmsçilçisi” adı ilə gəlib rahat hərəkət etməyə çalışır. Amma onlar media nümayəndəsi deyil, terrorçu, xüsusi xidmət orqanı agentidir. Bu cür şəxslər Almaniyanın Baş Konsulluğunda bir ay qonaq edilir, terrorçu olduğu üçün tutulur, sonra da durub deyirlər ki, bizim orada bir jurnalistimiz var, onu azad edin! Mən sizdən 4 500 nəfər PKK terrorçusunun ekstradisiyasını istədim, verdinizmi? Bizə “bu məsələyə məhkəmə baxır” dediniz! O zaman biz də deyirik ki, buraxın məhkəmə hüquqi qiyməti versin! Onsuz da bu məsələlərlə bağlı son qərarı məhkəmə verir. Çünki bizdə məhkəmələr tam müstəqildir, qərəzsizdir. İndi sən Türkiyə prezidentinə və nazirlərinə qapını bağlayırsan, atını və itini soydaşlarımızın üzərinə göndərən zorakı Hollandiyaya “yanındayam” deyirsən. Əgər sən Hollandiyanın yanındasansa, mən də haqq-ədalətin və xalqımın yanındayam!”.Ərdoğan Türkiyənin bu cür təzyiqlərə qarşı hər zaman mübariz olduğunu söyləyib:

 
“Bizə barmaq silkələyən Avropaya səslənirəm. Türkiyə şərə qarşı mübarizədən qorxacaq, çəkinəcək bir ölkə deyil. Daha maska ilə gəzməyin də heç bir faydası yoxdur. Kişi kimi çıxıb deyin ki, biz Türkiyənin bölünməsini, parçalanmasını istəyirik, hər kəs də kimin nə olduğunu görsün!”.

Anadolu Yayımı Dərnəyi üzvlərinə də səslənən Ərdoğan deyib:

“15 iyul gecəsi Anadolu yayımçıları ortaq platforma formalaşdıraraq, qiyamı pisləyən fəaliyyət sərgiləyib. Qiyam baş verən an çox media susan zaman Anadolu mediası xalqın iradəsini dəstəklədi. Bütün bunları unutmaq olmaz. Biz Anadolu mediasınının nə olduğunu hələ Qurtuluş savaşından yaxşı bilirik”.

Türkiyə Silahlı Qüvvələrinin NATO-dakı 4 hərbi ataşşesi Norveçdən siyasi sığınacaq alıb.

OğuzTV xəbər otağı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Norveçin Miqrasiya İdarəsi məlumat yayıb. Məlumata görə, sözügedən hərbiçilər Türkiyədə 15 iyul dövlət çrvrilişinə cəhd hadisələri zamanı Norveçə sığınıblar. Artıq Norveç hökuməti sözügedən şəxslərə oturum və işləmək icazəsi verib.


Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək

Danimarkada baş örtüyünü çıxarmayan qadınlar üçün ki çoxunluqu türklərdir , işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.

Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər.

Comments,Baxışınız
oguz gif telegram