/  
Ön yapraq » Oğuz xəbər » Avropadan Qarabağla bağlı xəbərdalıq və dəstək bəyanatları

Avropadan Qarabağla bağlı xəbərdalıq və dəstək bəyanatları

OğuzTv:Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa Birliyi (AB) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq yerləşdirilib.Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. “Oğuztv”ın APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsində deyilir.  

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.   Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.   “Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır”, – deyə Bəyannamədə vurğulanır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsi qəbul olunub. Bəyannamə “Şərq tərəfdaşlığı” ölkələri və AB-yə üzv ölkələrdən olan bütün nümayəndə heyətlərinin rəhbərləri tərəfindən təsdiqlənib.   Bəyannamənin mətni yaxın dəqiqələrdə açıqlanacaq.   Qeyd edək ki, sammitdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Eyni zamanda AB Xəbərdarlığnda deyilir:
“Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı (Aİ) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture