/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycan 2 Şəhid verdi

Azərbaycan 2 Şəhid verdi

Oğuz TV:  Azərbaycan Ordusu 2 Şəhid verdi.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fərvərdinin 8-də ( 27 mart)  Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. 
Düşmənlə baş verən döyüş toqquşmasında  Silahlı Qüvvələrimizin leytenantı  Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu Şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Xatırladaq ki, son 1 həftədə  Azərbaycan Ordusu 3 Şəhid verib.

Comments,Baxışınız
oguz gif telegram