/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycan Ağqoyunlu imperyasının şəhzadəsinin türbəsi Mədəniyyət Parkına yerləşdirilib

Azərbaycan Ağqoyunlu imperyasının şəhzadəsinin türbəsi Mədəniyyət Parkına yerləşdirilib

OğuzTV:Uzun Həsənin oğlu Zeynəl bəyin Türkiyədəki 634 illik türbəsinin yeri dəyişdirilib.Zeynal bəyin türbəsi Həsənkeyf Mədəniyyət Parkında yerləşdirilib. Türbənin dağılmadan daşınması üçün Türkiyə dünyanın ən müasir texnologiyalarından istifadə edib.

Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib.

Qeyd edək ki, Zeynal bəy Azərbaycanın və türk dünyasının böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı ilə Ağqoyunlu arasında olan məşhur Otluqbeli savaşında həlak olub.

Bu slaydşou üçün JavaScript lazımdır.

oguz gif telegram