/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycan Finala yüksəldi Ermənistan isə sərd cəvab aldı

Azərbaycan Finala yüksəldi Ermənistan isə sərd cəvab aldı

OğuzTV:Stokholmda yerləşən Globe-Arenada keçirilən “Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsi keçirilib.

14-cu olaraq səhnəyə çıxan azərbaycanlı iştirakçı Səmra Rəhimli finala vəsiqə qazanıb.

“Eurovision-2016”-nın ikinci yarımfinalı mayın 12-də, final isə mayın 14-də keçiriləcək.

Ermənilər isə sözügedən mahnı yarışmasında təxribata əl atıb. Ermənistanı müsabiqədə təmsil edən İveta Mukuçyan bir neçə dəfə qondarma Dağlıq Qarabağ Respublikasının (DQR)  bayrağını qaldırıb və ardından Ermənistanın törətdiyi təxribata etiraz bildirilib.

Ermənistan təmsilçisi İveta Mukuçyan yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma Dağlıq Qarabağ respublikasının “bayrağı”nı “Avroviziya” mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqələndirib.

eRjBfDkMJzSXPxy-800x450-noPad

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov mətbuat konfransında Ermənistan tərəfinin növbəti təxribatına etirazını bildirib. 

O, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsi olduğunu vurğulayaraq deyib: 

“Dünyada heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayıb. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi olaraq tanınır. Buna görə də qondarma Dağlıq Qarabağın “bayrağı”nın “Avroviziya” səhnəsində dalğalandırılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. İnanıram ki, Təşkilat Komitəsi bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək”.

Daha sonra isə mətbuat konfransının aparıcısı bu barədə təmsilçimiz Səmra Rəhimliyə sual ünvanlayıb. 

“Bu mahnı müsabiqəsidir və hər şey musiqiyə aid olmalıdır”, –  Səmra bildirib. Onun bu cavabı mətbuat konfransının iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, ötən gün Ermənistan təmsilçisi İveta Mukuçyanın Avroviziya-2016 mahnı müsabiqəsinin yarımfinalında ifası zamanı erməni təmsilçilər qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağı” olası əski parçasını qaldırıblar.

İctimai Televiziya baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib.

Avroviziya-2016-nın Təşkilat Komitəsi də bir neçə gün öncə yaydıqları məlumatda Dağlıq Qarabağ separatçı qurumunun “bayrağının” yarışmanın keçirildiyi zala gətirilməsini qadağa etmişdi.

Qeyd edək ki,  Avropa Yayım Birliyi belə bir addım atacağı təqdirdə Ermənistanın yarışmadan kənarlaşdırılacağını açıqlamışdı.TV: Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin «Avroviziya 2016” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi zamanı qondarma “Dağlıq Qarabağ respublikası”-nın “bayrağı”-nı dalğalandırmasını pisləyib.

Qurumun bəyanatında bildirlir ki, bu cür hallar müsabiqənin adına xələl gətirəcək. Qurumun nəzarət qrupu da qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “Amptv”-yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.

Azərbaycan təmsilçisinin çıxışı:

 

Comments,Baxışınız
oguz gif telegram